Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

"Qarabağ" Gürcüstanda bu heyətlə oynacaq

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, ölkəmizi nüfuzlu turnirdə təmsil edən “Qarabağ” bu gün səfərdə “Samtredia” ilə qarşılaşacaq.

Bakıda keçirilən ilk oyunda "Qarabağ" rəqibini 5 cavabsız qolla məğlub etmişdi. Bu hesabla Ağdam klubu 3-cü təsnifat mərhələsinə daha yaxındır.

“Samtredia” – “Qarabağ” cütünün qalibi üçüncü mərhələdə “Kukesi” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların cavab oyunu sabah Albaniyada keçiriləcək. İlk görüşdə moldovanlar 1:0 hesabı ilə qələbə qazanıblar.

"Qarabağ" meydana bu heyətlə çıxacaq:

“Qarabağ”: 1. Anton Kanibolotski, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 17. Donald Gerye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jejniçak, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniye