- Köhnə - İdman
- 18 İyul 2017 23:10
- 4 562
"Qarabağ" səfərdə qalib gəldi - Video
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" Tiflisdə “Samtredia” ilə cavab qarşıalşmasına çıxıb.
AzNews.az xəbər verir ki, oyunun 23-cü dəqiqəsində cərimə zərbəsini yerinə yetirən Donald Gerye hesabı açıb. Bununla da "Qarabağ" Tiflisdə də qalib gələrək, 3-cü təsnifat mərhələsinə adlayıb.
Bakıda keçirilən ilk oyunda "Qarabağ" rəqibini 5 cavabsız qolla məğlub etmişdi.
“Samtredia” – “Qarabağ” cütünün qalibi üçüncü mərhələdə “Kukesi” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların cavab oyunu sabah Albaniyada keçiriləcək. İlk görüşdə moldovanlar 1:0 hesabı ilə qələbə qazanıblar.