Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Jak Roqqe yaxın vaxtlarda Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti ilə görüşəcək. Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Jak Roqqe yaxın vaxtlarda Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti ilə görüşəcək.

Prezidentdən güləş açıqlaması

Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Jak Roqqe yaxın vaxtlarda Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti ilə görüşəcək.



Lent.az-ın məlumatına görə, bu haqda Roqqenin özü açıqlama verib.

O bildirib ki, güləşin 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarılmasını təklif edən İOC İcraiyyə Komitəsinin qərarını Martinetti ilə müzakirə edəcək: "Açığı, FİLA prezidenti bu qərarımızı təəccüblə qarşıladıqlarını bildirdi. Martinetti söz verdi ki, idmana adaptasiya olacaqlar və 2020-ci il olimpiadasında da yer almaq üçün mübarizə aparacaqlar. Onunla görüşümdə bu mübarizənin yollarını müzakirə edəcəyik".

Roqqe güləşin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yer alacağını xatırladaraq, güləşçiləri ruhdan düşməməyə çağırıb: "Mən İOC İcraiyyə Komitəsindəki səsvermənin nəticələrinin güləş növü tərəfdarlarının tənqidləri ilə qarşılanacağıni əvvəlcədən də bilirdim. Amma biz ədalətli proses qurmuşuq. Bunun sayəsində səsvermədən keçə bilməyən idman növü 7 namizəd növlə rəqabət aparma şansına malikdir".

Qeyd edək ki, Güləş 2020-ci il Yay Olimpiya Oyunlarının proqramında da yer almaq üçün 7 idman növü – beysbol (softbol), karate, rolikli idman, skvoş, idman qayayadırmanması, veykbordinq və uşu ilə mübarizədən qalib ayrılmalıdır. Bu növlərin təqdimatı mayda İOC İcraiyyə Komitəsinin Rusiyanın Sankt-Peterburq şəhərindəki iclasında olacaq. Yekun qərar isə sentyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək İOC-un sessiyasında veriləcək.

AzNews.az