Fransanın Mon-De-Marsan şəhərinin meri Şarl Dayo verdiyi sözün üstündə durub. Fransanın Mon-De-Marsan şəhərinin meri Şarl Dayo verdiyi sözün üstündə durub.

Fransız mer mərci uduzdu, siçovul yedi (Video)

Fransanın Mon-De-Marsan şəhərinin meri Şarl Dayo verdiyi sözün üstündə durub.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən mövsüm Çempionlar liqasında play-off mərhələsində Barcelona-PSJ klubları qarşılaşıb. İlk oyunda PSJ rəqibi üzərində 4-0 hesabı ilə qalib gəlmişdi. Cavab oyununda Barcelona klubu qalib gələcəyi halda, Şarl Dayo siçovul yeyəcəyinə söz vermişdi.

Əvvəlcə Barcelonanın 4 top üstünlüyü olan rəqibinə qalib gəlməsi mümkünsüz görünsə də, cavab oyununda klub 6-1 hesabı ilə PSJ-yə qalib gələrək, növbəti mərhələyə adlamışdı.

Dayo verdiyi sözün üstündə duraraq, azarkeşlərin qarşısında siçovulun dadına baxıb.