Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniyanın “Kadis” klubunu tərk edəcək. Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniyanın “Kadis” klubunu tərk edəcək.

Azərbaycan milli komandasının futbolçusu İspaniya klubunu tərk edəcək

Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniyanın “Kadis” klubunu tərk edəcək.

“Report” "Portalcadista.com" saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun xidmətində Sequndada (II divizion) çıxış edən digər iki klub – “Luqo” və “Alkarkon” maraqlıdır.

Məlumata görə, E.İsrafilov üçün ən uyğun variant “Alkarkon”dur. Çünki yığma üzvi daha əvvəl hazırda bu komandanın baş məşqçisi olan Xulio Velaskesin rəhbərliyi altında çıxış edib. Bu, 36 yaşlı mütəxəssisin 2013/2014 mövsümündə “Mursiya”da işlədiyi vaxta təsadüf edib.

Qeyd edək ki, E.İsrafilov ötən ilin avqustunda “Kadis”ə keçib. O daha əvvəl “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba”nın formasını geyinib.

AzNews.az