12:36
(077) 610-22-33

"Qarabağ"ın yaxşı Avropa təcrübəsi var" - "Kopehagen"in baş məşqçisi

  • >
1 570 14 Avqust 2017 23:40 | İdman

"Kopenhagen"in baş məşqçisi Stole Solbakken Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la ilk oyun öncəsi mətbuat konfransı keçirib.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlərin suallarını cavablandırıb.

- Bakıda hava şəraiti normaldır. Deyilənə görə, meydança da yaxşıdır. Rəqibimiz keyfiyyətli komandadır. Ev oyunlarında yaxşı çıxış edirlər. Son üç mövsümdəki nəticələri də bunu sübut edir. Lakin biz də yaxşı nəticə ilə qayıtmaq istəyirik.

- Heyətdəki problemlər "Kopenhagen"ə necə təsir edə bilər?

- Yohansan zədəlidir, lakin bunu itki hesab etmirəm. Onun yerini dolduran oyunçu var. Əlimizdə olan futbolçularla yaxşı nəticə qazanmağa çalışacağıq.

- "Qarabağ"ın hansı özəlliyi sizi daha çox narahat edir?

- Rəqibin hücum triosunu qeyd etmək istəyirəm. Onların hər biri oyunun taleyini həll edəcək futbolçudur. Lakin "Qarabağ" təkcə onlardan ibarət deyil. Bizim kimi, "Qarabağ"ın da yaxşı Avropa təcrübəsi var.

- Vaxtilə keçirilmiş Norveç - Azərbaycan matçında komandanızın 5 qolundan 2-nə siz imza atmışdınız. Həmin matçda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da iştirak etmişdi. Sizcə, bu məqam rəqibdə sizə qarşı qisas hissi yarada bilərmi?

- Futbolçu karyeramda çox qol vurmuşam, hər birini xatırlamıram (gülür). Amma Azərbaycana vurduğum qollar yadımdadı. Millidə ilk qollarım idi. Lakin həmin görüşlə müqayisədə Bakıda 1:0 hesabı ilə qələbə qazandığımız qarşılaşmanı daha yaxşı xatırlayıram. Çünki həmin qələbə ilə dünya çempionatına vəsiqəni təmin etmişdik.

Bağla X