Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb. Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Bu güləşçilər Azərbaycanı dünya çempionatında təmsil edəcək

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

"Report"un məlumatına görə, çempionata 8 pəhləvan yollanacaq. Baş məşqçi Şaban Donat Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (90 kq) və Sabah Şəriətiyə (130 kq) şans verməyi qərara alıb.

Qeyd edək ki, dünya çempionatı avqustun 21 - 26-da Fransanın paytaxtı Parisdə keçiriləcək. Proqrama əsasən, avqustun 21-22-də yunan-Roma, 23-24-də isə qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaqlar.

AzNews.az