“Çempionlar Liqası”nın himni yeni aranjimanda təqdim olunub. “Çempionlar Liqası”nın himni yeni aranjimanda təqdim olunub.

Azərbaycan futbol tarixində bir ilk - “Çempionlar Liqası”nın himni muğamla remiks edildi + Audio

“Çempionlar Liqası”nın himni yeni aranjimanda təqdim olunub.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, “Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri Şakir Eminbəyli Qarabağ futbol klubuna dəstəyini bildirmək üçün Çempionlar Liqasının himnini milli üslubda təqdim edib.

Himn Azərbaycanın milli musiqi alətləri və muğamı ilə remiks edilib.

Aranjimanın hazırlanmasında xalq artisti Ənvər Sadıqov və Emil Əfrasiyabın zəhməti qeyd olunur. Bundan başqa, əməkdar artistlər Ələkbər Ələkbərov, Abbas Səfərov, Orxan Musayev, səs rejissoru Bəxtiyar Həsənov, Opera teatrının solistləri Elşən Mənsurov, Səbinə Əsədova, Fəridə Məmmədova və Elnur Zeynalov da aranjimana öz töhfələrini veriblər.

Qeyd edək ki, Ağdamın “Qarabağ” futbol klubu bu gün Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq. Matç Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.

“Play-off” qarşılaşmasında matçın əvvəlində “Çempionlar Liqası”nın himni də səsləndiriləcək. Bu, Azərbaycan futbol tarixində bir ilkdir.

Bəxtiyar Abbasov

AzNews.az