Qadın güləşçilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Semyon Çterevlə əməkdaşlığa son verilib. Qadın güləşçilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Semyon Çterevlə əməkdaşlığa son verilib.

Baş məşqçi ilə əməkdaşlığa son verildi

Qadın güləşçilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Semyon Çterevlə əməkdaşlığa son verilib.

Azərbaycan Güləş Federasiyasında (AGF) AzNews.az-a verilən məlumata görə, müqavilə müddəti başa çatan bolqarıstanlı mütəxəssis yola salınıb. Bu səbəbdən, gələn həftə Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına yığma üzvləri baş məşqçisiz yollanacaqlar. Komandaya böyük məşqçi Aslan Ağayevlə məşqçi Rövşən Umudov rəhbərlik edəcək.

Qeyd edək ki, Semyon Çterev 2016-cı ilin noyabrından qadın güləşi üzrə yığmaya rəhbərlik edirdi.