Beynəlxalq Futbol Federasiyası (FİFA) ilin ən yaxşı futbolçusu və məşqçisi adına namizədlərin siyasını açıqlayıb. Beynəlxalq Futbol Federasiyası (FİFA) ilin ən yaxşı futbolçusu və məşqçisi adına namizədlərin siyasını açıqlayıb.

İlin ən yaxşı futbolçusu və məşqçisi adına namizədlər - Adlar

Beynəlxalq Futbol Federasiyası (FİFA) ilin ən yaxşı futbolçusu və məşqçisi adına namizədlərin siyasını açıqlayıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafata 12 mütəxəssis və 24 futbolçu namizəddir:

Futbolçular: Pyer-Emenik Obameyyanq, Leonardo Bonuççi, Canluicci Buffon, Daniel Karvahal, Kriştiano Ronaldo , Paulo Dibala , Antuan Qrizmann , Eden Hazard , Zlatan İbrahimoviç, Andres İniyesta , Harri Keyn, N'qolo Kante , Toni Kroos , Robert Levandovski , Marselo , Lionel Messi , Luka Modriç , Keylor Navas, Manuel Noyer , Neymar , Serxio Ramos , Aleksis Sançes, Luis Suares , Arturo Vidal .

Məşqçilər: Massimiliano Alleqri , Karlo Ançelotti , Antonio Konte , Luis Enrike , Xosep Qvardiola , Leonardo Jardim , Yoahim Löv, Joze Maurinyo, Maurisio Poçettino , Diyeqo Simione , Tite və Zinəddin Zidan.

Milli komandaların baş məşqçilərinin, kapitanlarının, KİV nümayəndələrinin və azarkeşlərin iştirak edəcəyi səsvermə avqustun 21-də başlayacaq və sentyabrın 7-də başa çatacaq.

Mükafatlar oktyabrın 23-də təqdim ediləcək.