Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək. Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

Azərbaycan Premyer Liqasında II tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

AzNews.az “Report”a istinadən xəbər verir ki, ilk oyun gününə təyin edilən matçlar Bakıda baş tutacaq.

Həftənin açılış oyununda debütant “Səbail” ilə elitanın ən qocaman komandası “Neftçi” üz-üzə gələcəklər. Yeni mövsümə məğlubiyyətlə başlayan kollektivlər arasında ilk duel kimi tarixə düşəcək görüş “Dalğa Arena”da keçiriləcək.

Qarşılaşma “Səbail”in baş məşqçisi Samir Əliyev üçün xüsusi önəm daşıyır. O, paytaxt klubunun sabiq futbolçusu olmaqla yanaşı, əsas və əvəzedici komandasına rəhbərlik də edib.

Günün digər qarşılaşması çempion “Qarabağ”la bürünc mükafatçı “İnter” arasında olacaq. Ağdam təmsilçisi hazırda yüksəlişdə olduğu halda, “ağ-göylər” çətin günlərini yaşayırlar. Bu isə oyunun nəticəsinə də təsirsiz ötüşməməlidir. Hərçənd Qurban Qurbanovun əsas futbolçuları avqustun 23-də Çempionlar Liqasının “pley-off” mərhələsində “Kopenhagen”ə qarşı görüş üçün qoruması da mümkündür.

Azərbaycan Premyer Liqası

II tur

19 avqust (şənbə)

18:00. “Səbail” – “Neftçi”

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Füzuli Nəcəfov

“Dalğa Arena”

20:00. “Qarabağ” – “İnter”

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Elman Musayev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Murad Məmmədov

“Azersun Arena”

20 avqust (bazar)

17:00. “Kəpəz” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Vüsal Qənbərov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Yevlax şəhər stadionu

20:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Şahin Cəfərov

Qəbələ şəhər stadionu

AzNews.az