06:15
(077) 610-22-33

Yunan-Roma güləşçilərimiz Parisə yola düşüb

  • >
816 19 Avqust 2017 13:48 | İdman

Dünyanın güləş ictimaiyyətinin diqqəti avqustun 21-dən etibarən Fransanın paytaxtı Paris şəhərində keçiriləcək dünya çempionatına yönəlib.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri ötən gecə Parisə yola düşüb.

Komandamızın heyətində Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) yer alıblar. Yığmamız baş məşqçi Şaban Donat, böyük məşqçi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbovun rəhbərliyi altında mübarizə aparacaq.

Proqrama əsasən, çempionatın ilk iki yarış günündə yunan-Roma güləşçiləri yarışacaq. Avqustun 21-də 71, 75, 85 və 98 kq, avqustun 22-də isə 59, 66, 80 və 130 kq-da pəhləvanlar xalçaya çıxacaq.

AzNews.az

Bağla X