"Vurulan bir qola görə bir gənc futbolçunu dağ başına qaldırmaq ən çox elə onun karyerasına ciddi zərbədir. Çox tərifləyəndə onlarda başgicəllənməsi yaranır. " "Vurulan bir qola görə bir gənc futbolçunu dağ başına qaldırmaq ən çox elə onun karyerasına ciddi zərbədir. Çox tərifləyəndə onlarda başgicəllənməsi yaranır. "

"Mahirə görə narahatam" - Qurban Qurbanov

"Vurulan bir qola görə bir gənc futbolçunu dağ başına qaldırmaq ən çox elə onun karyerasına ciddi zərbədir. Çox tərifləyəndə onlarda başgicəllənməsi yaranır. "

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da dünən “İnter”lə oyundan sonra keçirdiyi mətbuat konfransında bundan narahatlığını dilə gətirib. Mahirin “ulduz xəstəliyi”nə tutulmayaraq növbəti matçlarda da yaxşı oyun nümayiş etdirəcəyinə, medianın bu məsələdə daha diqqətli olacağına inanaraq Qurban Qurbanovun gənc futbolçu ilə bağlı dediklərini bir daha təqdim edirik:

- Mahir Mədətov son vaxtlar formadadır. Onun mətbuatın gündəmində olması sizi narahat etmir ki?

- Təsəvvür edin, mən futbolçuları oyunlara hazırlamaqla yanaşı, sosial şəbəkədəki fikirlərdən də qorumalıyam. Həmişə çalışıram ki, futbolçularım belə şeylərdən uzaq olsunlar. Futbolçu psixologiyası elədir ki, 99.9 faizi belə hallarda ulduz xəstəliyinə tutulur. Bir çox oyunçu olub ki, şan-şöhrət onların karyerasına ziyan vurub. Bu gün mən Mahirə görə narahatam. “Kopenhagen”lə matçda qol vurduqdan sonra əvvəlki oyununun 50 faizini oynamadı. Buna görə gənc oyunçularımızın bu cür reklam olunmasına qarşıyam. Hər şeyin həddi var. Elə ola bilər ki, mən də onlarla fərdi söhbətlərdən yorulum.

- Ola bilər ki, vacib oyunlardan öncə futbolçulara sosial şəbəkələrdən istifadə qadağa edilsin?

- Olur ki, futbolçu özü bununla maraqlanır. Mühüm matçlardan əvvəl dəfələrlə futbolçulara müsahibə verməyi qadağa etmişəm. Ancaq buna nəzarət etmək çox çətindir. Təəssüf ki, bizim hətta ən bacarıqlı futbolçularla bağlı belə problemlər olub.