17:04
(077) 610-22-33

“Kopenhagen” “Qarabağ”la 19 il əvvəlki oyunun videosunu yaydı - Video

  • >
2 812 21 Avqust 2017 20:31 | İdman

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen” Ağdam klubu ilə hələ 19 il əvvəl – 1998-ci ildə Danimarkada keçirilən oyunun videosunu yayıb

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu video klubun saytında yer alıb.

Qeyd edək ki, o vaxt UEFA Kuboklar Kuboku turniri adlanan yarışın birinci mərhələsində “Qarabağ” “Kopenhagen”ə Bakıda 0:4, səfərdə 0:6 hesabı ilə uduzmuşdu.

“Bu dəfə “Qarabağ”a qələbə qazanmaq asan olmayacaq. Bunun üçün sizin dəstəyiniz lazımdır” - deyə saytdakı yazıda bildirilib.

Qeyd edək ki, bu komandaların ötən həftə Bakıda keçirilən qarşılaşmasında isə “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.

Bağla X