Türkiyənin futbol üzrə milli komandasının sabiq qapıçısı Ömər Çatkıç həbs edilib. Türkiyənin futbol üzrə milli komandasının sabiq qapıçısı Ömər Çatkıç həbs edilib.

Türkiyənin sabiq futbolçusu həbs edildi

Türkiyənin futbol üzrə milli komandasının sabiq qapıçısı Ömər Çatkıç həbs edilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun həbs edilməsinə səbəb kimi onun FETÖ terror qruplaşması ilə əlaqədə olması göstərilir.

İddialara görə, o, telefonuna “Bylock” proqramı yükləyərək, bu proqramla FETÖ üzvləri ilə əlaqə yaradıb.

Qeyd edək ki, “Bylock” proqramı istifadəçilərə şifrəli mesajlaşma xidməti göstərir.

Ömer Çatkıç 2000-2005-ci illərdə Türkiyə Milli Komandasında forma geyinib.

Bəxtiyar Abbasov

AzNews.az