“Avrokuboklarda təcrübəyə malik komandayıq. Yeni transferlərimiz olmasa da, sabah istəyimizə çata bilərik. "Vardar"la oyunlarda bunu sübut etmişik”. “Avrokuboklarda təcrübəyə malik komandayıq. Yeni transferlərimiz olmasa da, sabah istəyimizə çata bilərik. "Vardar"la oyunlarda bunu sübut etmişik”.

"Yalnız Çempionlar Liqasının qrupunu düşünürük" - Solbakken

“Avrokuboklarda təcrübəyə malik komandayıq. Yeni transferlərimiz olmasa da, sabah istəyimizə çata bilərik. "Vardar"la oyunlarda bunu sübut etmişik”.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Kopenhagen"in baş məşqçisi Stole Solbakken "Qarabağ"la Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl keçirdiyi mətbuat konfransında deyib.

O, Ağdam klubunu 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları Makedoniya "Vardar"ı ilə müqayisə edib.

"Qarabağ”ın milli komanda üzvü olan xeyli oyunçusu var. Yarımmüdafiə xəttində çıxış edən 3 futbolçu 2 ildir bir yerdə oynayır. Müdafiə xəttindəki 4 futbolçu da inamlı oyunu ilə seçilir” – deyə o qeyd edib.

Solbakken Avropa Liqasının qrup mərhələsi haqda düşünmədiklərini, komandasının yalnız mərhələ keçməyə kökləndiyini bildirib: "Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şey edəcəyik. Ancaq bunu düşünürük. İlk qolu biz vursaq, vəziyyət dəyişəcək. Çempionlar Liqasında son 6 həftədə oyun keyfiyyətimizi 30 faiz artırmışıq”. Komandamız get-gedə artırır. Yaxın həftələrdə daha yaxşı kollektiv formalaşacaq".