“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda qarşılaşacağı İtaliyanın “Roma” klubu ilə ev oyununu canlı izləməyə hazırlaşan azarkeşlərinə müraciət edib. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda qarşılaşacağı İtaliyanın “Roma” klubu ilə ev oyununu canlı izləməyə hazırlaşan azarkeşlərinə müraciət edib.

“Qarabağ” - “Roma” oyununa vauçeri olan azarkeşlərə şad xəbər

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda qarşılaşacağı İtaliyanın “Roma” klubu ilə ev oyununu canlı izləməyə hazırlaşan azarkeşlərinə müraciət edib.

AzNews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gündən etibarən, "Qarabağ" - "Roma " matçına vauçerinizi biletə dəyişə bilərsiniz.

iTicketAZ - ın çatdırılma xidmətini sifariş edən azarkeşlərimizlə tezliklə əlaqə saxlanılıb çatdırılmanı həyata keçirəcəklər.
Çatdırılma xidmətini sifariş etməyən azarkeşlərimiz, aşağıda qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq vauçeri biletə dəyişə bilər.
Vauçerlər biletlərə aşağıda göstərilən satış məntəqələrində dəyişdirilə bilər:
“Gənclik mall” və "28 mall" - da yerləşən satış məntəqələri;
Park Bulvar (Qarabağ FK Fanshop);
M.Rəsulzadə 3 (Azərb.k\t yaxınlığı) Bül-bül prospekti;
Nizami küç.(Nizami k\t yaxınlığı);
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası).
Asan Xidmət mərkəzləri;
Heydər Əliyev Sarayının kassası;

Vauçer biletə dəyişilən zaman, vauçerdə qeyd olunan şəxsiyyət vəsiqəsi mütləq təqdim olunmalıdır.

Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə etmək mümkündür.
Stadiona daxil olarkən, şəxsiyyət vəsiqənizi və sizə məxsus bileti gətirməyi unutmayın.