İngiltərə Premyer Liqasının futbolçuları təkcə uğurlu oyunları ilə deyil, həm də geyindikləri butsıları ilə seçilməyi bacarırlar. İngiltərə Premyer Liqasının futbolçuları təkcə uğurlu oyunları ilə deyil, həm də geyindikləri butsıları ilə seçilməyi bacarırlar.

Məşhur futbolçuların qeyri-adi butsıları - Foto

İngiltərə Premyer Liqasının futbolçuları təkcə uğurlu oyunları ilə deyil, həm də geyindikləri butsıları ilə seçilməyi bacarırlar.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, "Kristal Palas" klubunun malili yarımmüdafiəçisi Bakari Sakonun yeni idman ayaqqabısı azarkeşlərin diqqətini cəlb edib.

Qeyri-adi butsıların dizaynı məşhur Paris dizayneri Pyer Navarroya məxsusdu. o, krassovkaların üzərindəki rəsmləri işləyib. Hər biri əl işidir.

O, futbolçu üçün kolleksiya hazırlayıb. Butsıların üzərinə yapon pop-mədəniyyətinə məxsus rəmslər çəkilib. Əsasən bu 1989-1996-cı illərdə çıxan məşhur Dragon Ball Z anime-serialın qəhrəmanlarıdır. Bununla yanaşı, "Naruto" və "Vanpançmen" anime qəhrəmanları da istifadə edilib.

Premyer-liqanın son matçlarından birində "Sautqemptona" qarşı oyunda komanda yoldaşını əvəzləyən Bakari bu butsılarda çıxıb.

Navarro Almaniya millisinin keçmiş üzvü lukaş Padolski üçün də belə butsılar hazırlayıb. Mövzu "Kapitan Subasa" animesindən götürülüb.

Peru-Emeriku Obameyanq da belə qeyri-adi idman ayaqqabısı geyinmək şərəfinə nail olub. Onn Nike Air Force 1 krassovkasının üzərində "Drakonun mirvarisi" animesindəki Super Sayyan obrazı var.

Navarro bu krassovkaları svarovski qaşları ilə də bəzəyib.