Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq “Roma” itki ilə üzləşib. Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq “Roma” itki ilə üzləşib.

"Roma" hücumçusunu itirdi - “Qarabağ”a qarşı oynamayacaq

Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq “Roma” itki ilə üzləşib.

AzNews.az Sportal.az-a istinadən xəbər verir ki, “canavarlar”ın çexiyalı hücumçusu Patrik Şik sıradan çıxıb.

Sol ayağından zədə alan hücumçu 2 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu haqda paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Belədə o, “Roma”nın “Qarabağ”la və Çexiya yığmasının Azərbaycanla oyununu buraxacaq.

Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-i saat 20:00-da, Azərbaycan – Çexiya oyunu isə oktyabrın 5-i, 21:00-da start götürəcək. Hər iki qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək.