Bu gün Bakıda, Göygöldə və Tbilisidə voleybol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu keçiriləcək. Bu gün Bakıda, Göygöldə və Tbilisidə voleybol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu keçiriləcək.

Bakıda voleybol üzrə Avropa çempionatı davam edir

Bu gün Bakıda, Göygöldə və Tbilisidə voleybol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu keçiriləcək.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, A qrupunda Polşa - Macarıstan qarşılaşacaq.

B qrupunda Gürcüstan - Xorvatiya, İtaliya - Belarus görüşləri keçiriləcək.

C qrupunda Bolqarıstan - Ukrayna, Türkiyə - Rusiya, D qrupunda isə Çexiya - Belçika, Serbiya - Niderland oyunları keçiriləcək.

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.

Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.

AzNews.az