ABŞ-ın Milli Baketbol Assosiasiyasının( NBA) ulduzu Stephen Kurri Donald Trampın qəzəbinə uğrayıb. ABŞ-ın Milli Baketbol Assosiasiyasının( NBA) ulduzu Stephen Kurri Donald Trampın qəzəbinə uğrayıb.

Tramp bu dəfə məşhur basketbolçuya qəzəbləndi

ABŞ-ın Milli Baketbol Assosiasiyasının( NBA) ulduzu Stephen Kurri Donald Trampın qəzəbinə uğrayıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, məşhur basketbolçunun açıqlamalarına qəzəblənən ABŞ prezidenti Donald Tramp onu Ağ Evdə qəbul etməyib.

ABŞ-ın Milli Baketbol Assosiasiyasının çempion oyunçuları adət olaraq hər il Ağ Evə gedərək prezidentlə görüşürlər. Mövsümün qalibi olan "Golden State Warriors"un qurucusu Stephen Kurri bu il Ağ Evə getməyəcəyini və Trampla görüşməyəcəyini bildirib. Bu açıqlamadan sonra Tramp "Ağ Evə gəlmək çempion üçün uğurdur" deyib. Stephen Kurrinin "tərəddüd etdiyini" bildirən ABŞ prezidenti "Elə isə dəvət geri çəkilib!", - deyə bildirib.