Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin üçüncü günündə “A” qrupunda yer alan milli komandamız ikinci görüşünü keçirib. Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin üçüncü günündə “A” qrupunda yer alan milli komandamız ikinci görüşünü keçirib.

Voleybolçularımızdan əzmkar qələbə

Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin üçüncü günündə “A” qrupunda yer alan milli komandamız ikinci görüşünü keçirib.

AzNews.az istinadən xəbər verir ki, voleybolçularımız polşalı rəqbilərinə heç bir şans verməyiblər. Hər 3 setdə (25:14,25:21,25:23) üstün olduqlarını göstərməyi bacarıblar.

Beləliklə, Azərbaycan millisi xallarının sayını 6-ya çatdıraraq qrupla liderliyi ələ keçirib.

Qeyd edək ki, oyunu izləyənlər arasında Prezident İlham Əliyev də olub.

Baş məşqçi Faiq Qarayev start heyətdə Kseniya Pozdnyak, Yelizaveta Səmədova, Nataliya Məmmədova, Kristina Yaqubova, Polina Rəhimova, Alyona Həsənova və Valeriya Məmmədovaya şans verib.