Azərbaycan Premyer Liqasının bu gün keçirilən “Qəbələ” – “Neftçi” oyunu bitən kimi qalmaqal baş verib. Azərbaycan Premyer Liqasının bu gün keçirilən “Qəbələ” – “Neftçi” oyunu bitən kimi qalmaqal baş verib.

“Qəbələ”nin futbolçuları arasında qalmaqal - Legioner yerli futbolçunu vurdu (Foto)

Azərbaycan Premyer Liqasının bu gün keçirilən “Qəbələ” – “Neftçi” oyunu bitən kimi qalmaqal baş verib.

AzNews.az Qafqazifo-ya istinadən xəbər verir ki, final fiti səslənən kimi meydan sahiblərinin futbolçusu Stiven Monroz komanda yoldaşı Ruslan Qurbanovun üzərinə hücum çəkib.

Bu zaman iki futbolçu münaqişə yaranıb. Hər iki futbolçunu komanda yoldaşları ayırıb.

Qarşılaşmanın baş hakimi Fariz Yusifov isə Monrozu qırmızı vərəqə ilə cəzalandırıb.

Matçdan sonra Ruslan Qurbanov Stiven Monrozla dava haqqında danışıb:

“Monroz tək driblinq edirdi. Ona dedim ki, sən driblinqi cərimə meydançasında edə bilərsən, amma kənarda tək deyilsən. Oyundan sonra bunu dedim, ağzıma yumruqla vurdu və dedi ki, “ağzını yum”. Sonra isə vəziyyət göründüyü kimi oldu”.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk da məsələyə münasibət bildirib və məsələnin aydınlaşdırılacağını bildirib.