Sentyabrın 27-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Roma” matçının hakimləri müəyyənləşib. Sentyabrın 27-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Roma” matçının hakimləri müəyyənləşib.

"Qarabağ" - "Roma" matçının hakimləri bilindi

Sentyabrın 27-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Roma” matçının hakimləri müəyyənləşib.

AzNews.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş Portuqaliyadan olan hakimlərə həvalə olunub.

20:00. "Qarabağ" (Azərbaycan) - "Roma" (İtaliya)

Baş hakim Artur Dias, Yan xətt hakimləri isə Rui Tavares və Paulo Soares olacaq. Əlavə hakim köməkçiləri Tiaqo Martinslə Joao Pineyro olacaqsa, Bruno Rodriges ehtiyat hakim funksiyasını yerinə yetirəcək. Hakim-inspektor israilli Haim Yakov olacaq.

"Qarabağ" - "Roma" qarşılaşması saat 20:00-da başlayacaq.