23:32
(077) 610-22-33

Malayziya Qran Prisinin qalibi məlum oldu - Fotolar

  • >
5 235 1 Oktyabr 2017 12:50 | İdman

Mövsümün 15-ci yarışında Sepanq trasında növbəti qalibin adı məlum oldu.

AzNews.az xəbər verir ki, ötən gün 20 yaşını qeyd edən Red Bull sürücüsü Maks Ferstappen yarışın ən sürətlisi oldu. Bu onun karyerasında ikinci qələbədir.

Podiumun ikincisi sıralanma turunda 70-ci poulunu qazanan Hamilton, üçüncü isə Ferstappenin komanda yoldaşı Daniel Rikkardo oldu.

Startda ilk yerlərdə Mercedes pilotu Luis Hamilton, ikinci, üçüncü yerlərdə isə Red Bull pilotları Maks Ferstappen və Daniel Rikkardo başlayıb.

Ferrarilər üçün bu yarış da uğursuz başladı. Ötən gün mühərrikdə yaranan problemlərə görə, Fettel starta sonuncu, yəni 20-ci pillədə başlamalı oldu. Buna baxmayaraq, geri dönüş etməyi bacaran Fettel sonuncu pillədən 4cü yerə qalxa bildi. Bu səbəbdən, "Günün sürücü" də elə Fettel seçildi.

Maraqlıdır ki, finiş xəttini keçdikdən sonra Fettel Strolla toqquşdu. Yarışı 3 təkərlə tamamlayan Fetteli Paskal Verlayn aparmalı oldu.

Sıralanma turunda ikinci olmasına baxmayaraq, Kimi Raykkonen trasa çıxa bilmədi.

Yarışın debütantı fransız sürücü Pyer Qasli oldu. Xatırladaq ki, o, Toro Rosso komandasında Kvyatı əvəz edib.

Hazırda yarış cədvəlinə 281 xalla Hamilton liderlik edir. 247 xalla Fettel ikinci, 222 xalla Bottas üçüncüdür.

Qeyd edək ki, 19-cu dəfə Malayziyada keçirilən yarış tarixə sonuncu yarış kimi düşdü. Çünki təşkilatçılar müqaviləni uzatmamağa qərar veriblər.

6 gün sonra Yaponiyada Formula 1 yarışları davam edəcək.

Fəridə Abdullayeva

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description
Bağla X