01:41
(077) 610-22-33

Rəşad Sadıqov bu oyundan sonra karyerasını bitirəcək

  • >
2 698 2 Oktyabr 2017 18:33 | İdman

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.

AzNews.az xəbər verir ki, bunu AFFA-nın rəsmi saytı açıqlayıb.

35 yaşlı müdafiəçi qurumun saytına açıqlamasında bu addımın atmasını belə izah edib: “Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdim. Bütün sualları isə oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib və 5 qol vurub.

Bağla X