09:44
(077) 610-22-33

FİFA Türkiyə yığmasının baş məşqçisini bir oyunluq diskvalifikasiya edib

  • >
2 545 2 Oktyabr 2017 21:05 | İdman

FİFA İntizam Komitəsi futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçeskunu bir oyunluq diskvalifikasiya edib.

AzNews.az “Report”a istinadən xəbər verir ki, buna səbəb rumıniyalı mütəxəssisin sentyabrın 2-də 2018-ci il dünya çempionatının seçmə qrup oyunları çərçivəsində Ukrayna yığması ilə səfərdə keçirilən qarşılaşmada oyun epizodlarını birinci hissənin sonunda mobil telefonu ilə ispaniyalı hakim Devid Fernandez Borbalana göstərməsi və matçdan sonra referi barəsində verdiyi açıqlamalardır.

Bununla da Mirça Luçesku Türkiyənin oktyabrın 6-da doğma divarlar arasında İslandiya ilə keçirəcəyi qarşılaşmanı tribunadan izləməli olacaq. Çünki rumıniyalı mütəxəssisin FİFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti vermək hüququ yoxdur.

Məlumatda Türkiyə milli komandasını onun köməkçisi Tayfur Havutçunun meydana çıxaracağı bildirilib.

AzNews.az

Bağla X