21:27
(077) 610-22-33

FİFA Almaniya millisini cərimələdi

  • >
1 238 2 Oktyabr 2017 22:38 | İdman

FİFA Almaniya Futbol İttifaqını cərimələyib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə oyunda alman azarkeşlərin nasist şüarlar səsləndirməsi olub. Bundan başqa, qonaq azarkeşlər pirotexniki məhsullardan istifadə edib və meydana kənar əşyalar atıblar.

Baş verənlərə görə, Almaniya Futbol İttifaqı 32 min İsveçrə frankı ödəməli olacaq.

Qeyd edək ki, Almaniya və Çexiya millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri sırasındadır.

Bağla X