Azərbaycan Dünya Boks Şurasına (WBC) üzv qəbul olunub. Azərbaycan Dünya Boks Şurasına (WBC) üzv qəbul olunub.

Azərbaycan Dünya Boks Şurasına üzv qəbul olunub

Azərbaycan Dünya Boks Şurasına (WBC) üzv qəbul olunub.

Apasport.az xəbər verir ki, bu barədə WBC prezidenti Maurusio Süleyman Bakıda keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə söhbət olub: “Azərbaycan prezidentinin bizi qəbul etməsi şərəf oldu. Müsbət mənada təəccübləndik. Sadə və geniş ürəkli insandı. İdman haqda geniş məlumata malikdi. Azərbaycanda bir çox böyük turnirlər təşkil olunub. Dünyanın gözü WBC-nin Bakıda keçirilən Konvensiyaya yönəlmişdi. Prezident idman nazirinə tapışırdı ki, Azərbaycanda WBC çətiri altında federasiya yaradılsın”.

Süleymanın sözlərinə görə, Azərbaycan qurumun 166-cı üzvü ölkəsi olacaq: “Sizə xoş gəlmisiniz, deyirəm. Ən geci 3 il sonra Azərbaycandan çempion çıxacağına inanıram. Prezident göstəriş verib və Gənclər və İdman Nazirliyi öz köməkliyi edəcək”.

Qeyd edək ki, WBC-nin 55-ci Konvensiyası Bakıda keçirilib. Tədbirə 164 üzv ölkənin nümayəndələri, o cümlədən Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Nasim Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Gennadi Qolovkin kimi boks ailəsinin tanınmış simaları gəliblər.