09:17
(077) 610-22-33

Azərbaycan-Çexiya matçına Türkiyə mediasından böyük maraq

  • >
5 497 5 Oktyabr 2017 14:30 | İdman

Bu gün futbol üzrə Dünya Çempionatına seçmə mərhələ çərçivəsində keçiriləcək Azərbaycan-Çexiya matçı Türkiyə mediasında maraq doğurub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşma Türkiyənin TV 8.5 kanalından canlı yayımlanacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası hazırda C qrupunda mübarizə aparır. Milli komandamız qrupda 8 matç oynayaraq 10 xal toplaya bilib və hazırda 1 xal fərqlə Çexiyadan üstündür. Azərbaycan Milli Komandası matçda qələbə qazanacağı təqdirdə öz mövqeyini qorumağa nail olacaq.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X