Çexiya millisi 2018-ci il dünya çempionatının seçmə qrup matçında Bakıda Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəlib. Çexiya millisi 2018-ci il dünya çempionatının seçmə qrup matçında Bakıda Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəlib.

“Azərbaycana daha çox qol vurmaq istəyərdik” - Karel Yarolim

Çexiya millisi 2018-ci il dünya çempionatının seçmə qrup matçında Bakıda Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəlib.

AzNews.az goal.az-a istinadən xəbər verir ki, rəqibin baş məşqçisi Karel Yarolim oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Qalib gəlsək də, səhvlərimiz oldu. Xüsusilə, matçın ikinci hissəsində rəqib yaxşı təsir bağışladı. Rəqibin müdafiə xətti daha yaxşı idi. Daha çox qol vurmaq istəyərdik. Ancaq alınmadı. Rəqib gözlədiyim kimi çıxış etdi. Azərbaycan millisinin oyununu yüksək qiymətləndirirəm".

Oyuna görə işinizi necə qiymətləndirirsiniz?

- Oyundan öncə də demişdim, bu məsələlərlə məşğul olmuram. Burada gələcək taleyimə, hələ ki, tam aydınlıq gəlməyib. İndi yalnız qarşıdakı oyun barədə düşünürəm.

Millidə gələcəkdə dəyişikliklər gözlənilir?

- Komandamızda çox dəyişikliklər olub. Bu gün, demək olar ki, Ostravadakı ilk görüşdəki heyət çıxış edirdi. Son oyunlarımızda yalnız zədələrlə bağlı bəzi dəyişikliklər olub. Gələcəkdə yeni futbolçular da dəvət oluna bilər.

Azərbaycan millisini məğlub edən ilk çex məşqçi oldunuz...

- Bu, ilk dəfə olub? (Jurnalistlərdən təsdiq cavabı aldıqdan sonra sözünə davam edir) Bu barədə düşünməmişdim. Hazırda özümü qalib kimi hiss edirəm.

Komanda əldə etdiyi fürsətləri dəyərləndirə bilmir. Bunun səbəbi nədi?

- Bu problemi aradan qaldıramağa çalışırıq. Ostravadakı oyunla müqayisədə fürsətləri daha yaxşı dəyərləndirdik. Fikrimcə, oyundan-oyuna daha yaxşı çıxış edirik.

Yəqin xəbəriniz var, Kamran Ağayev Çexiyanın "Mlada Boleslav" klubunda çıxış edir. Ümumiyyətlə, onun çıxışını necə dəyərləndirirsiniz? Sizcə, o, milliyə layiq qapıçıdır?

- Layiq olub-olmaması barədə danışmaq istəməzdim. Çünki Azərbaycan millisinin baş məşqçisi var və buna o, qərar verir. Onu yalnız millinin oyunlarında görmüşəm. "Mlada"da yalnız ilk oyunundan xəbərim var idi. Bildiyim qədərilə həmin oyunda yaxşı təsir bağışlamamışdı.