04:04
(077) 610-22-33

“Bu, ən pis oyunlarımızdan biri idi“

  • >
325 21 Fevral 2013 10:34 | İdman

Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları keçiriləcək.





Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi də bu qarşılaşmalara biganə deyil.

O, uzun illər şərəfini qoruduğu, futbolçu karyerasında sadiq qaldığı Mönhenqladbax "Borussiya"sının yarışdakı çıxışını yaxından izləyir. Foqts doğma komandasının İtaliyanın "Latsio" klubu ilə görüşü ərəfəsində Romanın Olimpiya stadionu ilə bağlı xatirələrini açıqlayıb: "1977-ci il Çempionlar kubokunun finalında "Liverpul"la qarşılaşırdıq. Həmin matçda 1:3 hesabı ilə məğlub olduq. Həmin qarşılaşma futbol tariximizdə ən pis oyunlardan biri idi".

Qeyd edək ki, "Latsio" ilə "Borussiya" arasında Almaniyadakı ilk oyun 3:3 hesabı ilə başa çatmışdı

AzNews.az
Bağla X