“Qarabağ”ın haitili futbolçusu Vilde-Donald Gerrye ölkəsinin mətbuatına müsahibə verib. “Qarabağ”ın haitili futbolçusu Vilde-Donald Gerrye ölkəsinin mətbuatına müsahibə verib.

““Çelsi” ilə oyunda ağladım” - “Qarabağ”ın futbolçusu

“Qarabağ”ın haitili futbolçusu Vilde-Donald Gerrye ölkəsinin mətbuatına müsahibə verib.

AzNews.az Qafqazinfoya istinadən həmin müsahibəni təqdim edir:

- Milli komanda ilə Yaponiyaya qarşı oyundan nə gözləyirsiz?

- Rəqib futbol oynaya bilən ölkənin komandasıdır. Digər görüşlər kimi bu matçda da qalib gəlməyi düşünürdük. Komandada zədədən əziyyət çəkənlər var idi. Buna baxmayaraq bütün gücümüzü ortaya qoyduq. 3:3 hesabı pis nəticə deyil.

- “Qarabağ”ın heyətində Çempionlar Liqasının ilk matçında – “Çelsi”yə qarşı oyunda ağladınız. Göz yaşlarınızın səbəbi nə idi?

- İlk dəfə “Qarabağ”ın heyətində Çempionlar Liqası oyununda spikerin mənim meydana çıxdığımı elan etməsini unutmayacağam. ÇL-dəki ilk haitili idim. Bundan duyğulandım və ağladım.

- Avropa futbolunun böyük komandaları ilə qarşılaşmaq nə deməkdir?

- Biz “Real”a, “Barselona”ya qarşı oynamaq istəyiriksə, əvvəlcə “Çelsi” və “Roma” kimi komandaları qarşı oynamağı öyrənməliyik. “Atletiko”ya qarşı matçda da meydana çıxmaq və qələbə qazanmaq üçün oynayacağıq.

- - Çempionlar Liqasında “Qarabağ”ın hədəfi nədir?

- Qrupu başı dik şəkildə başa vurmaq.