- Köhnə - İdman
- 14 Oktyabr 2017 10:53
- 4 387
Vətənə xəyanətdə günahlandırılan əfsanəvi futbolçu ət mağazası açdı - ABŞ-da + Foto
FETÖ təşkilatı ilə əlaqə qurmaqda günahlandırılan, 15 iyul hərbi çevriliş cəhdindən əvvəl Türkiyədən qaçan Galatasaray futbol klubunun üzvü Hakan Şükür ABŞ-da görüntülənib.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, FETÖ ilə bağlı ittiham olunan futbolçu ABŞ-ın Kaliforniya ştatında ət mağazası açıb. Stanford Universitetinin yerləşdiyi Palo AltodakıTuts Bakery & Cafe adlı yerin sahibi olan Hakan Şükür müştərilərinə türk mətbəxinin xəmir yeməklərini və ət xörəklərini təklif edərək, özü onlara qulluq edir.
Şükürün Türkiyədəki əmlakına həbs qoyulub. Onun FETÖ-yə dəstək verməkdə ittiham edilən və Sakaryada işləyən atası Sermet Şükür də həbs edilmişdi. Lakin, sonradan şərti azadlığa buraxılıb.