- Köhnə - İdman
- 17 Oktyabr 2017 20:33
- 3 550
Ulduz futbolçu Bakıda məşqə çıxmadı
Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda sabah “Qarabağ”ın qonağı olacaq “Atletiko” bu gün oyunöncəsi son məşqinə çıxıb.
AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Madrid klubunun aparıcı oyunçusu Antuan Qrizmann Bakı Olmpiya Stadionunda keçirilən məşqə qatılmayıb.
Fransalı futbolçunun hansı səbəbdən məşqdən iştirak etmədiyi hələlik bəlli deyil.
Qeyd edək ki, “Qarabağ” – “Atletiko” qarşılaşması saat 20:00-da start götürəcək.