Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda bu gün “Qarabağ” - "Atletiko Madrid" oyunu baş tutacaq. Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda bu gün “Qarabağ” - "Atletiko Madrid" oyunu baş tutacaq.

Bu gün “Qarabağ” "Atletiko Madrid"lə qarşılaşacaq

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda bu gün “Qarabağ” - "Atletiko Madrid" oyunu baş tutacaq.

AzNews.az xəbər verir ki, oyun Bakı Olimpiya stadionunda 20:00-da start götürəcək.

Matçı fransalı hakimlər birqadası idarə edəcək.

Çempionlar Liqası

C qrupu, III tur

18 oktyabr

Baş hakim: Ruddi Buke

Yan xətt hakimləri: Giyom Debar, Fredérik Kano

Əlavə köməkçi hakimlər: Amori Deleru, Fransua Leteksyö

Dördüncü hakim: Bertran Juanno (hamısı Fransa)

Qeyd edək ki, bu ispan klubunun Bakıya ikinci səfəridir. Dieqo Simeonin rəhbərlik etdiyi kollektiv 2013-cü ildə “Bakı” ilə Azərbaycanda yoldaşlıq oyunu keçirib və 3:0 hesabı ilə qalib gəlib.