- Köhnə - İdman
- 18 Oktyabr 2017 10:26
- 3 108
Millimiz Avropa çempionatının elit-raunduna vəsiqə qazanıb
Futbol üzrə 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının cari seçmə mərhələsində bütün qruplarda oyunlara yekun vurulmamasına baxmayaraq, Azərbaycan millisi elit-raunda vəsiqə qazanıb.
AzNews.az AFFA-ya istinadən xəbər verir ki, Bakıda keçirilən seçmə oyunlarda millimiz İslandiyaya 0:2, İspaniyaya 0:3 hesabı ilə uduzub, Monteneqro ilə bərabərə qalıb – 1:1.