"Bütün futbolçularımı təbrik edirəm. İlk xalımızı qazandıq. Son dəqiqələrə kimi var gücümüzlə mübarizə apardıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Onlar da son dəqiqəyə kimi bizimlə idilər. Çox vacib xal qazandıq. Fikrimcə, bu xal futbolçularımda turnirin ab-havasını hiss etmək baxımından böyük rol oynayacaq". "Bütün futbolçularımı təbrik edirəm. İlk xalımızı qazandıq. Son dəqiqələrə kimi var gücümüzlə mübarizə apardıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Onlar da son dəqiqəyə kimi bizimlə idilər. Çox vacib xal qazandıq. Fikrimcə, bu xal futbolçularımda turnirin ab-havasını hiss etmək baxımından böyük rol oynayacaq".

“Xal qazanmağımız o demək deyil ki, istədiyimiz oyunu göstərdik” - Qurban Qurbanov

"Bütün futbolçularımı təbrik edirəm. İlk xalımızı qazandıq. Son dəqiqələrə kimi var gücümüzlə mübarizə apardıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Onlar da son dəqiqəyə kimi bizimlə idilər. Çox vacib xal qazandıq. Fikrimcə, bu xal futbolçularımda turnirin ab-havasını hiss etmək baxımından böyük rol oynayacaq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İspaniya "Atletiko"su ilə qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının qrup mərhələsinin III tur matçından sonra deyib. Daha sonra 45 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

"Qarabağ” əvvəlki oyunlarda niyə belə çıxış etmirdi, nə çatışmırdı?

- Bir turnirə yeni başlayanda həyəcan çox olur. Bu gün xal qazanmağımız o demək deyil ki, istədiyimiz oyunu göstərdik. Rəqibin bir neçə real qol fürsəti oldu. Məncə, bu oyunda təcrübə əsas rol oynadı.

Dino Ndlovu ilə məlum epizodla bağlı danışdınız?

- Dino ilə bu barədə danışmadım. Sadə epizod idi. Məncə, hakim bu epiozodu düzgün dəyərləndirmədi.

Bu oyunda hücumçular da geri çəkilərək, komandaya müdafiədə kömək edirdilər. Bu amil komandanın bərpasında problem yarada bilər?

- Bəli, futbolçular bu oyunda çox güc itirdilər. Rəqib də hücumçularımızın arxaya çəkilməsində rol oynadı. Bu cür turnirlərdə gərginlik çox olur. Həm Maksim Medvedev, həm də Bədavi Hüseynov zədələndi. Ümumiyyətlə, bu cür oyunlardan sonra futbolçuların bərpası üçün çox vaxt gərək olur. Futbolçularım bu gərginliyə dözdü. Buna görə sevinirəm. Təəssüf ki, Çempionlar Liqasındakı komandaların hamısı bu cəhətdən bizdən üstündü. Onlar mövsüm ərzində 50-60 belə oyunlara çıxırlar. Futbolçularıma sonadək mübarizə apardıqlarına görə təşəkkür edirəm.

Donald Gerrye psixoloji cəhətdən bu oyuna hazır idi?

- Övlad itirmək ağır dərddir. Komanda olaraq onun yanında olduq. Sadəcə, iki gün bizimlə olmadı. Mənimlə görüşdükdən sonra məşqlərə başladı. Futbol elə oyundur ki, insana ağrı-acıları unutdurur. Bu oyunda bizə köməyi dəydi. Matça yaxşı köklənmişdi. Hava toplarında yaxşı mübarizə apardı.

Bədavi Hüseynovun zədəsi nə yerdədir?

- Həkimlərin ilkin diaqnozu heç də xoş deyil. Sabah rentgen müayinəsindən keçəcək. Günortaya onun vəziyyətinə tam aydınlıq gələcək.

"Atletiko”nun son hücumları zamanı hansı hissləri keçirirdiniz?

- Düşünəcək bir şey yox idi. Tanış məqamlardır. Həmişə oyuna müəyyən qədər vaxt əlavə olunur. Bədavinin zədələndiyi epizodda müəyyən anlaşılmazlıq oldu. Çünki yan xətt hakimi ofsayd bayrağını qaldırmışdı. Ancaq sonradan gördük ki, hakim həmin epizodda haqlı idi.

Ndlovu qırmızı vərəqə aldı. Növbəti oyunda onu kim əvəzləyə bilər? Ümumiyyətlə, Dinoya verilən qırmızı vərəqəyə görə UEFA-ya rəsmi müraciət olacaq?

- Elə də çox variantımız yoxdur - Ramil Şeydayev və ya Mahir Mədətov. Oyunu tam analiz etdikdən sonra bu məsələ ilə bağlı qərar verəcəyik. O ki qaldı Ndlovunun epizoduna, təkrara baxacağıq. Müraciət üçün ehtiyac görmürəm. Çünki, bir dəfə müraciət etdik, cavabı da hamınız bilirsiniz. Biz bu cür turnirlərdə yeniyik. Digər komandalar bu cür epizodlara öyrəşiblər. Məncə, hər belə epizoda görə UEFA-ya müraciət etməyə gərək yoxdur.

AzNews.az