Albaniyanın Dürres şəhərində 20-23 yaşlı gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Albaniyanın Dürres şəhərində 20-23 yaşlı gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.

Ağır atletimiz Avropa çempionatında bürünc medal qazanıb

Albaniyanın Dürres şəhərində 20-23 yaşlı gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından AzNews.az-a bildirilib ki, yarışda ölkəmizin gənclərdən ibarət yığmasının üzvləri də iştirak edirlər.

Oktyabrın 19-da Hüseyn İsmayılov (94kq) 20 yaşadək kişi atletlər arasında medallar uğrunda mübarizəyə qoşulublar. Atletimiz uğurlu çıxışı ilə yadda qalıb. H.İsmayılov birdənqaldırma hərəkətində 158 kiloqramı ram edib və bu hərəkətdə bürünc medal qazanıb.

18 yaşlı atletimiz təkanla qaldırma hərəkətində 188 kiloqramı qaldıraraq bu hərəkətdə dördüncü olub.

H.İsmayılov ümumilikdə 346 kiloqram (158+188) nəticə ilə Avropa çempionatının yekun sıralamasında üçüncü yeri tutub.

Oktyabrın 22-dək davam edəcək yarışda 36 ölkədən 405 atlet (170 qadın və 235 kişi) mübarizə aparır.