Texasda Ostin trasında baş tutan yarışın qalibi məlum oldu. Texasda Ostin trasında baş tutan yarışın qalibi məlum oldu.

ABŞ Qran Prisinin qalibi məlum oldu - Usain Bolt, Bill Klinton kubokları təqdim etdi (Fotolar)

Texasda Ostin trasında baş tutan yarışın qalibi məlum oldu.

AzNews.az xəbər verir ki, mövsümün 17-ci yarışında Mercedes pilotu Luis Hamilton karyerasında 62-ci qələbəsini qazandı. Bu qələbə ilə ingilis pilot ən yaxın rəqibləri üçün əlçatmaz oldu. O, 4 qat dünya çempionu olmağa bir addım da yaxınlaşdı.

Podiumun ikinci və üçüncü pilləsində isə Ferrari pilotları Sebastyan Fettel və Kimi Raykkonen qərarlaşdı.

Qaliblərə kubokları ABŞ-ın sabiq prezidenti Bill Klinton və 8 qat Olimpiya çempionu Usain Bolt təqdim etdi.

İsinmə dövrəsinə sürücüləri dünyanın ən sürətli adamı Usain Bolt göndərib.

Yarışa ilk yerlərdə mövsümdə 11-ci poulunu qazanan Luis Hamilton birinci, Sebastyan Fettel ikinci, Valtteri Bottas üçüncü yerdə başladı.

Yarış ərzində Bottası keçməyə çalışan Red Bull pilotu Daniel Rokkardonun bolidi 16-cı dövrədəcə yarışa davam gətirə bilmədi və motoru söndü.

Uğursuz yarışlar seriyasını davam etdirən, ötən həftə daha 1 il Mclaren komandasında qalacağı təstiqlənən ispan pilot Alonso bu dəfə də yarışı yarımçıq tərk edərək, boksa qayıtdı.

Son dövrədə Ferstappen finişə az qalmış Kimini keçdi. Hər kəs onun podiumun üçüncüsü olduğunu düşünsə də, gənc pilot təcrübəli Kimini ötərkən,döngəni kəsərək üstünlük əldə etdiyi üçün 5 saniyəlik cəzalandırıldı.

Günün sürücüsü də elə son anda podiuma çıxacağını zənn edən Maks Ferstappen seçildi.

Hazırda Hamilton 331 xalla turnir cədvəlinə başçılıq edir. Fettel 265 xalla ikinci, Bottas 244 xalla üçüncüdür.

Mühəndislər kubokunda isə 575 xalla Mercedes komandası liderdi.

Növbəti yarış Meksikada baş tutacaq.

Fəridə Abdullayeva

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description