19:00
(077) 610-22-33

Güləşçilərimiz İranda etiraz aksiyasına qoşuldu

  • >
439 22 Fevral 2013 11:57 | İdman

İranın paytaxtı Tehranda keçirilən sərbəst güləş üzrə Dünya Kubokunun gedişi zamanı qeyri-adi hadisə baş verib.



Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi ilə yanaşı, 10 ölkədən olan yarış iştirakçıları Beynəlxalq Olimpiya Komitəsinin (BOK) güləşin Olimpiadadan çıxarılması ilə bağlı tövsiyəsinə etirazlarını nümayiş etdiriblər.

Belə ki, Dünya Kubokunda iştirak edən yığmaların üzvləri döşək üzərinə "Güləşsiz Olimpiada! Heç vaxt!" sözləri yazılmış bannerlə çıxıblar. Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) və yarışın təşkilatçıları BOK-un tövsiyəsini pisləyərək, bütün dünya azarkeşlərini güləşin Yay Olimpiya Oyunlarında saxlamaq üçün birləşməyə çağırıb. Tribunaları dolu olan 12 minlik "Azadi" İdman Sarayına toplaşanlar natiqləri gurultulu alqışlarla dəstəkləyib.

Qeyd edək ki, yarış iştirakçıları etiraz əlaməti olaraq, güləş döşəyi üzərinə uzanmaq niyyətində olublar. Lakin təşkilatçılar bu ideyanı dəstəkləmədiyindən idmançılar ayaqüstə etirazlarını bildiriblər.

AzNews.az
Bağla X