Dünən “Qalatasaray”- “Fənərbaxça” derbisində hazırlanan xoreoqrafiyaya görə cinayət işi açılıb. Dünən “Qalatasaray”- “Fənərbaxça” derbisində hazırlanan xoreoqrafiyaya görə cinayət işi açılıb.

"Qalatasaray"ın qalmaqallı şüarına görə cinayət işi açıldı - Foto

Dünən “Qalatasaray”- “Fənərbaxça” derbisində hazırlanan xoreoqrafiyaya görə cinayət işi açılıb.

AzNews.az istinadən xəbər verir ki, bununla bağlı ölkənin baş naziri Binəli Yıldırım tapşırıq verib.

Buna səbəb isə qarşılaşmadan aşağıdakı şəkildə gördüyünüz xoreoqrafiyadır.

Bu şüarların Fətullahçı Terror Təşkilatının adı ilə bağlayırlar. Çünki həmin heykəl hazırda Fətullah Gülənin sığındığı Pensilvaniya ştatında yerləşir. Bundan başqa, bir neçə gün bundan qabaq da Fətullah Gülən də çıxışı zamanı Necib Fazilın “Ayağa qalx, Sakarya” şeirini səsləndirib.

“Qalatasaray”klubunun rəsmi saytında bu məsələ ilə bağlı açıqlama verilib.

Açıqlama da qeyd edilib ki, ötən il Bursada yerli komanda ilə qarşılaşmalarında məhz bu plakat açılıb və buna cavab olaraq hazırlanan plakatdır.