10:24
(077) 610-22-33

“Neftçi“ heç bir futbolçusuna qadağa qoymayıb”

  • >
234 25 Fevral 2013 11:57 | İdman

“Nefçi” icarə qaydasında “Simurq”da çıxış edən iki futbolçusu Nicat Qurbanov və Eyyub Əliyevin onlara qarşı görüşdə iştirakına icazə verməməsi barədə Zaqatala klubunun saytının yaydığı məlumata münasibət bildirib.




Klubun vitse-prezidenti Tahir Süleymanov Qol.Az saytına bildirib ki, hazırda "Neftçi"nin təkcə "Simurq"da yox, icarə əsasında "Sumqayıt"da da futbolçuları oynayır: "Elə futbolçularımız ötən mövsümdə də olub və onların hər biri "Neftçi"yə qarşı çıxış ediblər.

Biz əksinə onların hər zaman bizə qarşı oynamasını istəmişik. Klub prezidenti Sadıq Sadıqovun da mövqeyi belədir ki, icarəyə verilən futbolçular "Neftçi"yə qarşı oynamalıdırlar ki, onların hansı potensiala malik olmasını görə bilək. Futbolçuları icarəyə verməkdə məqsədimiz odur ki, onlar püxtələşsinlər.

Vaxtilə Cavid İmamverdiyev "Karvan"da, Elvin Yunuszadə "Simurq"da bir mövsüm oynayıb. Onların hamısı "Neftçi"yə qarşı çıxış ediblər. Bu baxımdan Nicat Qurbanovun və Eyyub Əliyevin də bizə qarşı oynamasında heç bir problem görmürəm".

T.Süleymanov deyib ki,"Simurq" istəsə, bu futbolçuları bizə qarşı oynada bilər: "Bu mövsüm "Sumqayıt"la görüşdə icarə əsasında rəqib komandada çıxış edən futbolçularımız Slavik Alxasov və Ruslan Qurbanov biz məğlub durumda olarkən bizə qarşı oynadılar".

Klub rəsmisi etiraf edib ki, müqavilə şərtlərinə görə, "Neftçi"yə məxsus olan futbolçuların onlara qarşı oynaya bilməz: "Ancaq biz heç vaxt bu şərtlərdən istifadə etməmişik. Heç vaxt icarə əsasında başqa klubda oynayan futbolçuların bizə qarşı çıxış etməsinə qadağa qoymamışıq. Çünki niyyətimiz onların yaxşı şəkildə futbol oynaması və yenidən "Neftçi"yə qayıtmasıdır. O futbolçular inkişafdan qalmamaq üçün biz onları icarəyə vermişik".

AzNews.az
Bağla X