Bu gün Azərbaycan Texniki Universitetinin (ATU) idman sarayının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Bu gün Azərbaycan Texniki Universitetinin (ATU) idman sarayının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

ATU-nun idman sarayı istifadəyə verilib - Foto

Bu gün Azərbaycan Texniki Universitetinin (ATU) idman sarayının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, açılışda Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini və Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, ali məktəb rektorları iştirak ediblər.

İdman sarayı ilə tanış olan qonaqlara məlumat verilib ki, sarayda təkcə ATU-nun tələbələri üçün deyil, məktəblilər, peşəkar idmanla məşğul olmaq istəyən hər kəs üçün şərait yaradılıb.

İdman sarayında idmançılar trenajor, güləş, voleybol, basketbol, həndbol, futbol, badminton, qılıncoynatma, cüdo, boks, karate idman növləri üzrə məşğul ola bilərlər.


Sonra 2017-2018-ci illərdə badminton üzrə ali təhsil müəssisələrinin komandaları arasında keçirilən turnirin püşkatma mərasimi olub. Bu ilin dekabr ayında universitetlər arasında start veriləcək turnirin komandalarının adları müəyyən olunub.

Qonaqlar oğlanlar arasında şəxsi kateqoriya üzrə yarışın final oyununu da izləyiblər.

image description image description image description image description image description image description