Bakı Olimpiya Stadionunda futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ” və “Sumqayıt” komandaları arasında görüş keçirilib. Bakı Olimpiya Stadionunda futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ” və “Sumqayıt” komandaları arasında görüş keçirilib.

"Qarabağ" tarixi oyunda qalib gəldi - 10 nəfərlə

Bakı Olimpiya Stadionunda futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ” və “Sumqayıt” komandaları arasında görüş keçirilib.

AzNews.az xəbər verir ki, turun ilk matçında “Qarabağ” “Sumqayıt”ı sınağa çəkib.

Bu, Bakı Olimpiya Stadionunda keçirilən ölkə çempionatının ilk oyunu kimi tarixə düşüb. Ağdam klubu 10 nəfərlə qalmasına baxmayaraq, 2:0 hesabı ilə qalib gəlib. Qolları Almeyda (41), Dino Ndlovu (65) vurub.

İlk hissənin 30-cu dəqiqəsində Ağdam klubunun qapıçısı İbrahim Şehiç birbaşa qırmızı vərəqə alıb. O, rəqib futbolçusu Amil Yunanova qarşı kobud oynadığı üçün meydandan qovulub.

Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”yə qarşı keçiriləcək matç öncəsi “Sumqayıt”ı da məhz ölkənin ən böyük arenasında qəbul edəcək.

Qeyd edək ki, turun 2 oyunu şənbə, 1 matçı isə bazar günü keçiriləcək.