Olimpiya çempionu, türkiyəli ağır atlet Naim Süleymanoğlu vəfat edib. Olimpiya çempionu, türkiyəli ağır atlet Naim Süleymanoğlu vəfat edib.

Olimpiya çempionu dünyasını dəyişdi - Foto

Olimpiya çempionu, türkiyəli ağır atlet Naim Süleymanoğlu vəfat edib.

AzNews.az xəbər verir ki, türkiyəli ağır atlet Naim Süleymanoğlu müalicə aldığı xəstəxanada, 50 yaşında həyatını itirib. O, serrozla bağlı olaraq qaraciyər çatışmazlığından əziyyət çəkib.

İdmançı 23 yanvar 1967-ci ildə Bolqarıstanda doğulub. O, 1992, 1996 və 2000 Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır. Naim Süleymanoğlu həmçinin Dünya Çempionatında 22 dəfə qızıl, 1 dəfə gümüş və 1 dəfə isə bürünc medal qazanıb.