Azərbaycan Gimnastika Federasiyası, 2018-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların yüksək səviyyədə təşkili üçün könüllülərin qəbulunu elan edir. Azərbaycan Gimnastika Federasiyası, 2018-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların yüksək səviyyədə təşkili üçün könüllülərin qəbulunu elan edir.

Gimnastika Federasiyası könüllülərin qəbulunu elan edir

Azərbaycan Gimnastika Federasiyası, 2018-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların yüksək səviyyədə təşkili üçün könüllülərin qəbulunu elan edir.

AzNews.az-a Federasiyadan verilən məlumata görə, könüllülər, tədbir zamanı iştirak edəcək nümayəndə heyətlərini müşaiyət etmək, tibbi xidmət, akkreditasiya, yarışların katibliyi, mükafatlandırma və digər sahələr üzrə fəaliyyət göstərəcək.

Könüllülər, 15-18 mart 2018-ci il tarixlərində İdman Gimnastikası üzrə Dünya Kuboku, 12-15 aprel 2018-ci il tarixlərində Batut gimnastikası, Tamblinq və İkili mini batut üzrə Avropa Çempionatı, 27-29 aprel 2018-ci il tarixlərində baş tutacaq Bədii Gimnastika üzrə Dünya Kuboku və 22-23 iyun 2018-ci il tarixlərində Yeniyetmələr arasında Olimpiya Oyunlarına İdman gimnastikası üzrə təsnifat xarakterli yarışlarda könüllü kimi iştirak hüququ qazanacaqlar.

Bu turnirlərdə könüllü olmaq istəyən gənclər 1 dekabr 2017-ci il tarixinədək aşağıda qeyd olunmuş internet səhifəsinə daxil olaraq, elektron ərizə formasını doldurub, müraciət edə bilərlər.