"Artıq istefa ərizəm qəbul olunub və komandadan tam ayrılmışam. Bundan sonra bir müddət istirahət etmək istəyirəm". "Artıq istefa ərizəm qəbul olunub və komandadan tam ayrılmışam. Bundan sonra bir müddət istirahət etmək istəyirəm".

Şahin Diniyev oğlunun taleyindən danışdı

"Artıq istefa ərizəm qəbul olunub və komandadan tam ayrılmışam. Bundan sonra bir müddət istirahət etmək istəyirəm".

AzNews.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçi vəzifəsindən istefa verən Şahin Diniyev deyib. 51 yaşlı mütəxəssis Gəncə şəhər stadionunda "Səbail"ə 2:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XII tur matçından sonra paltardəyişmə otağında futbolçulara son sözlərini də diqqətə çatdırıb: "Onlara dedim ki, yeni baş məşqçiyə dəstək olun. Hazırda "Kəpəz" son pillədə olsa da, potensialı böyükdür. Sadəcə, yeni nəfəs lazımdır. Bu səbəbdən, komandadan ayrılıram".

Ata Diniyev "Kəpəz"də çıxış edən oğlu Kərim Diniyevin gələcək taleyinin onun özündən asılı olduğunu da vurğulayıb. O, övladının hər hansı təzyiqlə üzləşəcəyinə inanmadığını vurğulayıb: "Mənim istefamın Kərim Diniyevə heç bir təsiri olmamalıdır. O, peşəkar futbolçudur, yeni baş məşqçi də peşəkar insan olacaq. Bu baxımdan, Kərimə məhz mənim övladım olduğu üçün təzyiq göstərilməsi qeyri-mümkündür".

Ş.Diniyev "Kəpəz"ə kimin yeni baş məşqçi təyin olunacağından xəbərsiz olduğunu da açıqlayıb. O bildirib ki, yenidən Rusiyaya üz tutması gündəmdə deyil (sportnet.az).