Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçında açıqlacaq nəhəng xoreoqrafiya artıq hazırdır. Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçında açıqlacaq nəhəng xoreoqrafiya artıq hazırdır.

“Qarabağ” - "Çelsi" oyununda 20 min azarkeş dünyaya önəmli mesaj verəcək - Video

Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçında açıqlacaq nəhəng xoreoqrafiya artıq hazırdır.

AzNews.az yenicag.az-a istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada açılacaq xoreoqrafiyada böyük hərflərlə Qarabağ və Azərbaycan sözləri yazılacaq. Bundan başqa klub rəhbərliyi ingiliscə mesaj verməyi də planlaşdırıb.

Xoreoqrafiyada “Far away from home but where you belong” sözləri yazılan böyük pankart da açılacaq. Yəni “Evdən uzaq, amma aid olduğun yer”… Bu cümlə ilə də dünyaya Ağdamın işğal altına olması, bu səbəbdən “Qarabağ”ın doğma yurdundan didərgin düşməsi mesajı veriləcək.

Noyabrın 22-də keçiriləcək qarşılaşmada xoreoqrafiya mərkəzi tribunada nümayiş olunacaq ki, bu da 20 min azarkeşi əhatə edəcək.