Türkiyənin "Beşiktaş" klubu tarixində ilk dəfə Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb Türkiyənin "Beşiktaş" klubu tarixində ilk dəfə Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb

"Beşiktaş" tarixi uğura imza atdı

Türkiyənin "Beşiktaş" klubu tarixində ilk dəfə Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb

AzNews.az xəbər verir ki, bu gün Çempionlar Liqasının 5-ci turu çərçivəsində "Beşiktaş" Portuqaliyanın "Portu" klubu ilə qarşılaşıb.

İstanbulda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

"Qara qartallar" bu heç-heçə sayəsində "G" qrupunda birinciliyi və turnirin 1/8 finalında iştirakı vaxtından əvvəl özünə təmin edib.

Oyunu stadionda izləyənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da olub.